Alimlər əsrin bəlasını AÇIQLADI


Digərləri 19 Avq 2019 21:59:00 187 0

Alimlər əsrin bəlasını AÇIQLADI

Alimlər gənc nəslin virtuala aləmə meyillik və gününün 90% -ni sosial şəbəkələrdə keçirməsini onların səhhəti, psixikası və gələcək həyatında problem yaratması barədə yekdil qəti açıqlama veriblər.

Son.az medicina.az-a istinadən bildirir ki, London uşaq sağlamlığı institutunun və İmperiya kollecinin alimləri yeniyetmələrin psixi sağlamlığında sosial şəbəkələrin təsirini araşdırıb. Nəticələr Lanset tibbi jurnalında dərc edilib.

Məlum olub ki, sosial şəbəkələrdə aktiv olan, gündə 5 dəfə daxil olan, ümumilikdə sutkada 5 saatdan artıq virtual aləmdə vaxt keçirən yeniyetmələr normal yuxudan məhrum olur, fiziki aktivliyi azalır, onlarda kiberbullinqin təsirinə düşmək riski artır.

2013-2015-ci illərdə alimlər 13 min yeniyetmə üzərində müşahidə aparıb.

Bu illər ərzində yeniyetmələrin, xüsusən oğlanların sosial şəbəkədə olma müddəti və aktivliyi ilbəil artaraq, 70%-ə çatıb.

Daha çox Facebook, İnstagram, Twitter, Whatsapp, Snapcat və messencerdə olurlar. 

Nəticələr sübut edib ki, nə qədər aktiv şəkildə sosial şəbəkələrdə vaxt keçirilirsə, bir o qədər uşaq psixoloji stress keçirir. 

Əsas 3 neqativ faktor aşkarlanıb:

-Kiberbullinq -Yuxu pozulması -Fiziki aktivliyin azalması

(adsgarden = window.adsgarden || []).push({});