Mədəaltı vəzi xərçənginin 10 ilkin əlaməti Azərbaycanda da geniş yayılıb


Digərləri 19 Avq 2019 21:40:00 309 0

Mədəaltı vəzi xərçənginin 10 ilkin əlaməti  Azərbaycanda da geniş yayılıb

Mədəaltı vəz şiş xəstəliyi simptomsuz başlayan və sürətlə irəliləyən aqressiv formalı və xəstənin erkən ölümünə səbəb olan 10 xərçəng növündən biridir. 

Son zamanlar təəssüf ki, Azərbaycanda da çox insanda diaqnoz olunur. Düzdür, 100.000 insanın 7-də rast gəlinir, amma bu rəqəm dəqiq deyil.  Bu o deməkdir ki, təkcə Bakı şəhərində ildə 40 -50 nəfər bu xəstəliyə tutula bilər.

Son.az medicina.az-a istinadən mədəaltı vəz xərçənginin erkən əlamətləri və kimləri tuta biləcəyi barədə məlumatı təqdim edir.

Xəstəliyi yaradan faktorlar: içki, siqaret, zərərli qidalanma, çox yemək, yağlı, heyvan mənşəli qidalar, xroniki iltihabi xəstəliklər, diabet, mədəaltı vəzin pankreatiti və s-dir.

Təəssüf ki, hətta müasir diaqnostika metodları belə mədəaltı vəzidə dəyişiklikləri tam görə bilmir, kiçik bir mini şiş çətinliklə aşkarlanır. Xəstəlik uzun aylar simptomsuz gedir. 

Amma bəzi əlamətlər var ki, xəstə bunları gördükdə dərhal həkimə müraciət etməlidir. Mədəaltı vəzdə şiş olmasını göstərən əsas simtpomlar:

-İştahın qəfil, səbəbsiz kəsilməsi və kəskin arıqlama -Tez yorulma, səhərlər belə yerindən qalxmaq istəməmək -Titrətmə və səbəbsiz qızdırma, sonra qızdırmanın itməsi -Qarın boşluğu, mədəaltı və mədə üstündə uzun, küt ağrı, sancı, kürəyə yayılan ağrı -Gecələr belə ağrı, qəfil ağrıdan yuxudan oyanma -Ümumiyyətlə, ağrı insan uzanan yerdə artır -Mexaniki sarılıq - dərinin, göz bəbəyinin saralması -Sidiyin tünd pivə rəngi alması -Nəcisin rəngsizləşməsi, ağarması -Dəri səthində qaşınmalar, nəticədə xəstənin yata bilməməsi, əsəbi olması

(adsgarden = window.adsgarden || []).push({});