Neft hasilatı 2,5% azalıb


Digərləri 19 Avq 2019 21:15:00 224 0

Neft hasilatı 2,5% azalıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 22 023,5 min ton xam neft hasil edilib.

Son.az bildirir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu həcmdə xam neftin 21 975,2 min tonu əmtəəlik xam neft olub.

Neft hasilatı ötən ilin müvafiq dövründən 2,5% azalıb.

Hesabat dövründə ölkədə qaz hasilatının həcmi isə 20 316,8 mln. kubmetr olub ki, onun da 14 032,3 mln. kubmetrini əmtəəlik qaz təşkil edib.