Neft hasilatı 2,5% azalıb


Digərləri 19 Avq 2019 20:42:17 241 0

Neft hasilatı 2,5% azalıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 22 023,5 min ton xam neft hasil edilib.

Bakı. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 22 023,5 min ton xam neft hasil edilib. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu həcmdə xam neftin 21 975,2 min tonu əmtəəlik xam neft olub. Neft hasilatı ötən ilin müvafiq dövründən 2,5% azalıb. Hesabat dövründə ölkədə qaz hasilatının həcmi isə 20 316,8 mln. kubmetr olub ki, onun da 14 032,3 mln. kubmetrini əmtəəlik qaz təşkil edib.