Yerevanda etirazçılar yolu bağladı


Dünya 19 Avq 2019 20:24:00 292 0

Yerevanda etirazçılar yolu bağladı

Ermənistanın paytaxtı Yerevanda bir qrup fəal Baqramyan prospektində yolu bağlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, onlar Amulsar qızıl mədəninin işlənməsi ilə bağlı qərara etiraz edib.

Qeyd olunur ki, etirazçılar parlamentə doğru hərəkət etmək istəyərkən polis onların qarşısını kəsib.

Nəticədə nümayişçilər avtomobil yolunu bağlayıb.