Bu ilin altı ayında 129,8 milyon ton yük daşınıb


Digərləri 19 Avq 2019 20:19:00 246 0

Bu ilin altı ayında 129,8 milyon ton yük daşınıb

2019-cu ilin yanvar-iyul ayları ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 129,8 milyon ton yük daşınıb və 2018-ci ilin müvafiq dövrünə nisbətən 1,7% artım müşahidə olunub.

Son.az bildirir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, yüklərin 2,7 faizi dəniz, 6,3 faizi dəmir yolu, 0,1 faizi hava, 64,1 faizi avtomobil nəqliyyatı, 26,8 faizi isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 2,4 faiz artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 81,9 faiz təşkil edib.

2019-cu ilin yanvar-iyul aylarında nəqliyyatçılar 1121,4 milyon nəfərə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,9% çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,7%-i avtomobil nəqliyyatı, 12,0%-imetro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə 2019-cu ilin yanvar-iyul ayları ərzində 8,2 milyon ton yük, 1,9 milyon sərnişin daşınıb, 2018-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 3,4%, sərnişin daşınmasında isə 26,0% artım müşahidə olunub.

Orta hesabla sutkada 294 vaqon yüklənib, 391 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 11,6 min ton, Qərb istiqaməti üzrə 4,4 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.