Ağsuda "NİVA" 4 yaşlı qızı vurub öldürdü


Digərləri 19 Avq 2019 19:27:00 200 0

Ağsuda "NİVA" 4 yaşlı qızı vurub öldürdü

Ağsu rayonunda azyaşlının ölümü ilə nəticələnən yol qəzası baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə şəhərin mərkəzi hissəsində baş verib.

Rayon sakini Hacıyev Ehtiram Balaşah oğlu idarə etdiyi "NİVA" markalı 90 HT 804 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən sağdan sola yolu keçmək istəyən rayon sakini, 2015-ci il təvəllüdlü Məmmədova Nəzrin Elimağa qızını vurub.

Azyaşlı xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.