Xidmət səviyyəsinin daha da yüksəldilməsi istiqamətində xüsusi təlimlər keçirilir (FOTO)


Digərləri 19 Avq 2019 19:22:00 183 0

Xidmət səviyyəsinin daha da yüksəldilməsi istiqamətində xüsusi təlimlər keçirilir (FOTO)

Ölkə vətəndaşlarına və əcnəbilərə yüksək gömrük xidmətinin göstərilməsi məqsədilə gömrük sərhəd buraxılış məntəqələrində xidmət keçən əməkdaşlara xüsusi təlimlərin keçirilməsinə başlanıb.

Bakı. Gömrük- sərhəd buraxılış məntəqələrində xidmət səviyyəsinin ən qabaqcıl beynəlxalq təcrübələrə, innovativ üsullara əsaslanan formada optimallaşdırılması, o cümlədən funksional idarəetmənin mütərəqqi metodlarının tətbiqi, ölkə vətəndaşlarına və əcnəbilərə yüksək gömrük xidmətinin göstərilməsi məqsədilə gömrük sərhəd buraxılış məntəqələrində xidmət keçən əməkdaşlara xüsusi təlimlərin keçirilməsinə başlanıb. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, avqustun 19-da başlanan təlimlərdə gömrükçülərə peşəkar psixoloqlar və mütəxəssislər tərəfindən vətəndaşlarla işləmə və qarşılıqlı ünsiyyət qurma bacarıqlarının təkmilləşdirilməsi, gömrük orqanlarının fəaliyyətinin tərbiyəvi əhəmiyyətinin təşviqi, işqüzar mühitdə kommunikativ səriştəliliyin artırılması, eləcə də ünsiyyət prosesində müşahidə oluna bilən nöqsanlı halların neqativ təsirlərinin minimallaşdırılması istiqamətləri üzrə biliklər veriləcək və praktiki məşğələlər keçiriləcək Təlimlərə ilkin olaraq ölkənin 5 əsas quru gömrük-sərhəd buraxılış məntəqəsində və Heydər Əliyev adına beynəlxalq hava limanında xidmət keçən 500-ə qədər gömrük əməkdaşı cəlb olunub.