ABŞ bu ölkəyə daha dörd F35 göndərir


Dünya 19 Avq 2019 18:24:00 203 0

ABŞ bu ölkəyə daha dörd F35 göndərir

Bu həftə ərzində daha dörd ədəd F-35A beşinci nəsil qırıcısı Cənubi Koreyaya göndəriləcək.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Məlumata görə, həftənin cümə axşamı təyyarələr Çxoncudakı hərbi-hava bazasına enəcək.

Bununla da ABŞ-ın Cənubi Koreyaya verdiyi F-35 təyyarələrinin sayı 8-ə çatıb.