İran Britaniya gəmisini nə vaxt azad edəcəyini açıqladı


Dünya 19 Avq 2019 18:14:00 219 0

İran Britaniya gəmisini nə vaxt azad edəcəyini açıqladı

Britaniyanın "Stena İmpero" tankerinin azad edilməsi üçün məhkəmə qərarını gözləmək lazımdır.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İran Xarici İşlər Nazirliyinin rəsmisi Abbas Musəvi deyib.

O, Fars körfəzində saxlanılan Britaniya gəmisinin Cəbəllütariqdə tutulan İran tankeriylə heç bir bağlılığı olmadığını bildirib.

Qeyd edək ki, Britaniya gəmisi 19 iyulda SEPAH tərəfindən saxlanılmışdı.