Havananın 500 illik yubileyinə həsr olunmuş karnaval yürüşləri başladı


Digərləri 19 Avq 2019 17:49:00 213 0

Havananın 500 illik yubileyinə həsr olunmuş karnaval yürüşləri başladı

Kubanın paytaxtında ənənəvi karnaval yürüşlərinə start verilib. Son.az AZƏRTAC-a istinadən bildirir ki, builki rəngarəng yürüşlər Havananın 500 illik yubileyinə və bəstəkar və müğənni Benni Morenin 100 illiyinə həsr olunub.

Karnaval yürüşlərinin başlanması münasibətilə Kuba paytaxtının sakinləri və qonaqların toplaşdığı qədim San-Karlos-de-la-Kabanya qədim qalasının qarşısındakı meydanda toplardan yaylım atəşi açılıb. Yağış və güclü külək səbəbindən tədbirin bir gün təxirə salınmasına baxmayaraq, karnavalın açılışı çox yaddaqalan olub. Belə ki, sahildə yerləşən Malekona meydanında on minlərlə insanın qarşısında və orkestrin müşayiəti ilə "karroslar" - rəngarəng geyimlərdə olan rəqs qruplarının keçidi olub. Sonra ölkənin müxtəlif bölgələrindən paytaxta gəlmiş "komparsların" yürüşü təşkil edilib. Onların arasında məşhur "Tropikana" qrupu da latın rəqsləri və mahnılar ifa edib.

Braziliyada keçirilən karnavaldan fərqli olaraq, Havana şənliklərində çıxış edən rəqs qrupları və müğənnilərin ifası jüri tərəfindən qiymətləndirilir.

Gecəyarısına qədər davam edən karnaval yürüşləri minlərlə turisti cəlb edir. Bayram şənlikləri təkcə mərkəzi meydanda deyil, habelə Havananın müxtəlif rayonlarında keçirilir. 2019-cu ildə Havanada 5 karnaval yürüşü olacaq və onlardan sonuncusu avqustun 25-də keçiriləcək.

(adsgarden = window.adsgarden || []).push({});