Qvardiola Aquera ilə arasında olan mübahisənin detallarını açıqladı


İdman 19 Avq 2019 17:49:00 346 0

Qvardiola Aquera ilə arasında olan mübahisənin detallarını açıqladı

Manchester City-nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 2-ci turunda Tottenham-lə matçda hücumçu Serxio Aquero ilə aralarında yaranan mübahisənin səbəblərini açıqlayıb.

Goal.az xəbər verir ki, o, yanlış anlaşıma səbəbindən bu durumun yarandığını söyləyib: “Qapımıza vurulan 2-ci qoldan sonra Aqueronu əvəzlədim. O isə elə başa düşdü ki, mən onu bu qolun buraxılmasında səhvi olduğu üçün əvəzləmişəm. Futbolçularla belə hallar olur. Bəzən hissləri cilovlamaq çətindir”.

Qeyd edək ki, Manchester City - Tottenham oyunu 2:2 hesabı ilə yekunlaşıb.