Şok Breksit ssenarisi:


Dünya 19 Avq 2019 16:49:00 267 0

Şok Breksit ssenarisi:

Böyük Britaniya Breksitdən sonra neft, qida və dərman böhranı ilə üzləşəcək.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Sandi Tayms" nəşri məlumat yayıb.

Qəzet İngiltərənin Breksitlə bağlı xaos ssenarisinin mediaya sızdığını bildirib. Nəşr şok ssenarinin məzmununu "Sarı çəkic əməliyyatı" adı altında paylaşıb.

"İngiltərənin bir hissəsi olan Şimali İrlandiya ilə Avropa Birliyi (AB) üzvü İrlandiya Respublikası arasında sərhəd çəkiləcək. Bu, bölgədə etirazların artmasına səbəb olacaq və İngiltərə muxtar bölgəyə birbaşa müdaxilə etmək məcburiyyətində qalacaq. AB sərhədlərində yaşanacaq gömrük gecikmələri ölkəyə neft gətirilməsini gecikdirəcək. Bu, başda London olmaqla, ölkənin cənub-şərqinə mənfi təsir edəcək.

AB hava limanlarında, İngiltərə ilə AB arasındakı qatar reyslərində, yollarda və gəmi səfərlərində gecikmələr olacaq.

İngiltərəyə dərmanların 4/3-ü AB vasitəsilə gətirildiyi üçün dərman tədarükündə problemlər olacaq. Bu da öz növbəsində heyvandarlığa təsir göstərəcək. Breksit xəstəliklərlə mübarizəni də çətinləşdirəcək.