Starric Türkiyəyə gəlir
İdman 19 Avq 2019 16:20:00 192 0
Liverpool-un sabiq hücumçusu Daniel Starric Türkiyədə çıxış edəcək.
Goal.az-ın yerli mətbuata istinadən məlumatına görə, 30 yaşlı forvard Trabzonspor-la anlaşıb.
Ailəsinin Trabzona gələrək şəhəri gəzməsindən və ilkin anlaşma əldə etməsindən sonra İngiltərə millisinin üzvü özü Türkiyəyə yola düşəcək. Liverpool-dan ayrıldıqdan sonra azad agent statusu daşıyan Starricin bu axşam "bordo-mavililər"lə münasibətləri rəsmiləşdirməsi gözlənilir.
Qeyd edək ki, Daniel Starric ötən mövsüm meydana çıxdığı 27 oyunda 4 qola imza atıb.
Mənbə: goal.az