İranda nüvə sazişi ilə bağlı 3-cü addım hazırlanır


Digərləri 19 Avq 2019 16:33:00 177 0

İranda nüvə sazişi ilə bağlı 3-cü addım hazırlanır

İranın Hərtərəfli Birgə Fəaliyyət Planında öz öhdəliklərini azaltmasına dair 3-cü addımı qarşı tərəfin addımlarına uyğun şəkildə hazırlanmaqdadır.

Bakı. Elnur Bağışov - İranın Hərtərəfli Birgə Fəaliyyət Planında öz öhdəliklərini azaltmasına dair 3-cü addımı qarşı tərəfin addımlarına uyğun şəkildə hazırlanmaqdadır. Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi mətbuat konfransında deyib. A.Musəvinin sözlərinə görə, indiyədək Hərtərəfli Birgə Fəaliyyət Planındakı avropalı tərəflərin öhdəliklərini yerinə yetirməsi haqda məsləhətləşmələr nəticə verməyib. Nazirlik sözçüsü əlavə edib ki, İran qalan müddət ərzində diplomatik səylərin hansı nəticəyə çatacağını gözləyir: