SOCAR və "Petrofac"ın birgə müəssisəsi Azərbaycanda mühəndistexniki xidmətlər göstərəcək


Digərləri 19 Avq 2019 15:57:00 282 0

SOCAR və "Petrofac"ın birgə müəssisəsi Azərbaycanda mühəndistexniki xidmətlər göstərəcək

Böyük Britaniyanın "Petrofac" şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən yaradılmış birgə müəssisə Azərbaycanda "Total" (Fransa) və SOCAR-ın kəşfiyyat və hasilat fəaliyyətinə dəstək üçün mühəndis və texniki xidmətlər üzrə müqavilə əldə edib.

Son.az xəbər verir ki, Trend bu barədə "Petrofac"a istinadən məlumat verir.

Qeyd olunur ki, müqavilə 12 aylıq müddəti əhatə edir:

"Uzatma imkanı olan müqavilə Xəzər dənizində, Bakıdan 100 kilometr cənubda yerləşən "Abşeron" qaz yatağında birgə müəssisənin fəaliyyətini dəstəkləyəcək".