Bu ölkədə sel və daşqınlarda ölənlərin sayı 350yə çatıb


Dünya 19 Avq 2019 15:44:00 219 1

Bu ölkədə sel və daşqınlarda ölənlərin sayı 350yə çatıb

Hindistanın cənub, qərb və mərkəzində yerləşən Kerala, Karnataka, Maharaştra, Qucarat və Madha Pradeş əyalətlərində şiddətli yağışlar səbəbindən yaranan sel və daşqınlarda ölənlərin sayı 350-yə çatıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Karnataka əyalətində 76, Maharaştrada 56, Himaşal Pradeşdə isə 22 nəfər təbii fəlakətin qurbanı olub. Maharaştrada 519 ev yararsız vəziyyətə düşüb. 20 minədək ev qismən zərər görüb. Şiddətli yağışların nəticələrinin aradan qaldırılması işləri davam etdirilir.