Avqustun 19u Ümumdünya Humanitar Yardım Günüdür


Digərləri 19 Avq 2019 15:34:00 204 1

Avqustun 19u Ümumdünya Humanitar Yardım Günüdür

2008-ci il dekabrın 11-də BMT Baş məclisi avqustun 19-nu Ümumdünya Humanitar Yardım Günü elan edib. 2003-cü ilin həmin günü BMT-ın Bağdaddakı qərargahında baş verən partlayış nəticəsində 22 nəfər həlak olub. Həlak olanlar arasında görkəmli xadim Serjiu Vieyra di Mellu də var idi.

BMT-ın baş katibi Antoniu Qeterreş 2019-cu ildə humanitar köməyin Ümumdünya Yardım Günü münasibəti ilə müraciətlə çıxış edib. Son.az bildirir ki, BMT-ın Bakı ofisindən baş katibin AZƏRTAC-a göndərilən müraciətində deyilir: "Ümumdünya Humanitar Yardım günü, öz həyatlarını təhlükə altına qoyaraq başqalarının həyatını xilas etmək və yaxşılaşdırmaq üçün çalışan bütün humanitar yardım işçilərinə həsr olunur.

Bu il, milyonlarla ehtiyac içində olan qadın, kişi və uşaqlara göstərdikləri böyük köməyə görə humanitar yardım sahəsində çalışan qadınlara xüsusi təşəkkürümüzü bildiririk.

Böhran vəziyyətində yaşayan vətəndaşlara yardımdan tutmuş, xəstəliklərin yayılmasına qarşı mübarizəyə qədər - onlar hər zaman ön sırada olublar.

Onların iştirakı yardım əməliyyatlarının əhatə dairəsini genişləndirir və daha səmərəli edir.

Qadınların iştirakı, həmçinin fövqəladə vəziyyətlər zamanı artan gender əsaslı zorakılıq hallarına qarşı müvafiq tədbirləri gücləndirir.

Sizi, bu gün və ayın sonunadək onlayn platformalar və sosial şəbəkələr vasitəsilə onların hekayələrini bölüşməyə dəvət edirik.

(adsgarden = window.adsgarden || []).push({});