“Mahnıda seks havası varsa, bunu göstərirəm”


Şou-biznes 19 Avq 2019 15:39:00 350 1

“Mahnıda seks havası varsa, bunu göstərirəm”

"Sənət adamı hər tərəfli olmalıdır. Sənətçinin özünəməxsusluğu mütləqdir".

Bu sözləri axşam.az-ın suallarını cavablandıran müğənni Dilarə Kazımova deyib.

O, konsert vermə planlarından söz açıb:

"İstəyirəm ki, çoxlu mahnılar yığım. Azərbaycan dilində xeyli mahnılarım olmalıdır ki, konsert verim. Fərqli üslubda olan "Harem" mahnısını ifa etdim və klip çıxardım. Kütlənin arxasınca qaçmıram. Bazarda hər bir üslubda ifaçı olmalıdır. Bu zaman insanlar seçim edə bilirlər. İnanıram ki, insanlar keyfiyyətli musiqiyə qayıdacaqlar".

Sənətçi açıq-saçıq fotolarından danışıb:

"Deyirlər ki, indi soyunmağa başlamısan. Ancaq "Sing your song" yarışmasında ilk dəfə səhnəyə bodi ilə çıxmışdım. Üzərimdə işləyirəm, fərqliyəm. Özümə inanıram. Bilirəm ki, hər yerdə fərqliliyimi göstərə bilirəm. Özümü stresdən çıxara bilirəm. Çətin vəziyyətdə belə düşünməlisən ki, bu, bir sınaqdır. Emosionalam, bu zaman çalışıram ki, ona qədər sayım və cavab verməyim. Özümü cilovlayıram. Hərdən elə bilirlər ki, nəyisə əsəbi deyirəm. Halbuki səs tembrim belədir".

(adsgarden = window.adsgarden || []).push({});

Xəbərə aid fotolar