Bakıda 38 yaşlı kişi küçədə bıçaqlandı


Digərləri 19 Avq 2019 15:37:50 214 2

Bakıda 38 yaşlı kişi küçədə bıçaqlandı

Bakıda küçədə bıçaqlanma hadisəsi baş verib.

Bakı. Samir Əli - Bakıda küçədə bıçaqlanma hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanının qarşısında qeydə alınıb. Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini, 1973-cü il təvəllüdlü Novruzov İlqar Ələşrəf oğlu xuliqanlıq zəminində Abşeron rayon sakini, 1981-ci il təvəllüdlü Əsədullayev Faiq Meydan oğluna sol çiyin, sol kürək, sol sifət və sol bud nayihələrindən 4 bıçaq zərbəsi vurub.