"İndikilər Elanərnin gənclikdə etdiklərini edə bilmirlər"


Şou-biznes 19 Avq 2019 15:14:00 211 1

"İndikilər Elanərnin gənclikdə etdiklərini edə bilmirlər"

"Dəyişməyi sevən adamam. Obraz olaraq yeni heç nə etmirəm. Özüm-özümü təkrarlayıram. Əslində bunlar mənim üçün şablon obrazlardır. Amma tamaşaçı buna öyrəşib. Anladım ki, tamaşaçı məni əvvəl necə görübsə, elə də görməyi arzulayır. Problem odur ki, mən özüm-özümdən tez yoruluram. Bir obrazda çox qala bilmirəm".

Bu sözləri axşam.az-a açıqlamasında müğənni Elnarə Xəlilova deyib. Son günlər tez-tez görünüşündə dəyişiklik edən sənətçi gənc ifaçıların öz üzərlərindən işləməməsindən danışıb:

"İndiyənə qədər mənim yerimi dolduran, o yaşda həmin obrazı yarada bilən xanım olsaydı, məndən vaz keçərdilər. Yerim boş qalıb deyə, mənə doldurtdurublar. Gənclərimiz kifayət qədərdir. Amma gənc Elnarə Xəlilovanın etdiklərini edə bilmirlər. Əslində, indi gənclərin fərqlənməsi, maraqlı obrazlar yaratması asandır. Onlara nə var ki, bir göz gələmi, dodaq boyası ilə gözəl görünürlər.

Bizim yaşda isə yaxşı görünmək üçün saatlarla salonda otururq. Təəssüf edirəm ki, gənc Elnarənin yaratdıqlarını heç kim yarada bilmir.

İndiki istedadlı, gənc müğənnilər nədənsə, özlərini daha ağır, yaşından böyük obrazda göstərməyə çalışırlar".