Təhsil müəssisələrində vakansiya seçiminə başlanılıb


Digərləri 19 Avq 2019 14:37:06 274 0

Təhsil müəssisələrində vakansiya seçiminə başlanılıb

Namizədlər arzu etdikləri vakansiyaları seçdikdən sonra müsahibə mərhələsinə dəvət olunacaqlar.

Bakı. Elçin Mehdiyev - Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin vakansiya seçimi mərhələsinə start verilib. BŞTİ-dən Trend-ə verilən məlumata görə, bu gündən başlayan mərhələ 23 avqust saat 23:59:59-dək davam edəcək. Müsabiqənin test imtahanı mərhələsində keçid balından yüksək nəticə göstərən namizədlər bu müddət ərzində şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi etməlidirlər. Hər bir namizədə 5 yer seçmək hüququ verilir. Namizədlər arzu etdikləri vakansiyaları seçdikdən sonra müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsi avqust ayının 26-dan başlayacaq.