Bank Respublika mikro kreditlər üzrə faiz dərəcəsini 11%dək endirdi!


Digərləri 19 Avq 2019 13:30:00 243 0

Bank Respublika mikro kreditlər üzrə faiz dərəcəsini 11%dək endirdi!

Hər bir biznes, bir arzudan başlayır. Daha sonra biznesi böyütmək və yeni məqsədlərə nail olmağı arzusu yaranır. Bu arzulara çatmaq üçün isə, etibarlı tərəfdaş və dəstəyə ehtiyac duyulur.  Amma böyük xərclər tələb edən maliyyə dəstəyi bəzən bu arzulara çatmaqda çətinlik yaradır.

Öz fəaliyyətində sahibkarlığın inkişafına böyük önəm verən Bank Respublika, bütün bunları nəzərə alaraq, şəxsi biznes sahibləri üçün "Fərqi hiss et!"adlı fərqli kredit kampaniyasına start verir!

Kampaniya çərçivəsində, Bank mikro və aqro kreditlər üzrə faiz dərəcəsini 11%-dək endirib!

Kreditin maksimal məbləği 50 000 manat təşkil edir. Bundan başqa girov olaraq yeni daşınmaz əmlak təqdim edən müştərilər, krediti 0% komissiya ilə götürmək imkanı əldə edəcək!

Kredit ticarət, kənd təsərrüfatı, xidmət, istehsal və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına təqdim olunur.

Kampaniya 1 noyabr 2019-cu il tarixinədək davam edəcək.