Nikah müayinələri hansı xəstəlikləri üzə çıxarıb?


Digərləri 19 Avq 2019 13:39:00 278 0

Nikah müayinələri hansı xəstəlikləri üzə çıxarıb?

Evlənməmişdən qabaq cütlüklərin tibbi müayinədən keçməsi vacib şərtlərdən biridir. Müayinəni vacib edən məqam gələcəkdə cütlükdə  və dünyaya gələcək uşaqda hər hansı problemin yaranmaması ilə bağlıdır.

Maraqlıdır, tibbi müayinədən keçən gənclərdə hansı xəstəliklər aşkarlanır, cütlüklər daha çox hansı xəstəliyin daşıyıcısıdır?

Son.az xəbər verir ki, bu barədə modern.az-a B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva danışıb.   Zöhrə Əlimirzəyeva deyir ki, əvvələr nikah öncəsi müayinədən keçmək könüllü idisə, indi məcburi hal daşıyır.

"2015-ci ildən Azərbaycanda nikahdan qabaq müayinələrin aparılmasına başlanılıb. Əvvələr bu proses könüllü idi sonralar icbari xarakter daşımağa başladı.  Azərbaycan talassemiya xəstəliyinin çox yayıldığı ölkələr sırasındadır. Nikahdan qabaq bu proqramın həyat keçirilməsində məqsəd həmin xəstəliyin cütlüklərdə əvvəlcədən aşkarlanmasıdır. Hazırda ölkədə bir milyondan çox talassemiya daşıyıcısı var. Daşıyıcı praktik cəhətdən sağlam insandır. Yəni müayinə olunmayacağı təqdirdə onda bu daşıyıcılığın olması bilinmir. Lakin iki talassemiya daşıyıcısı olan insan evlənərsə o zaman həmin şəxslərin övladlarının xəstə doğulması ehtimalı yüksək olur".   Zöhrə Əlimirzəyeva bildirir ki, indiyədək 600 mindən çox insan müayinədən keçib  ki, onlardan da  20 mininin daşıyıcı olduğu aşkarlanıb. 

(adsgarden = window.adsgarden || []).push({});