Bakı metrosunda qatarların intervalında fasilə yaranıb


Digərləri 19 Avq 2019 13:34:00 197 0

Bakı metrosunda qatarların intervalında fasilə yaranıb

Bakı metrosunda qatarların intervalında fasilə yaranıb.

Bakı. Samir Əli - Bakı metrosunda qatarların intervalında fasilə yaranıb. Bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, fasilə "İçərişəhər" stansiyasında qeydə alınıb: "Səhər saatlarında "İçərişəhər" stansiyasında texniki səbəblərdən qatarın depoya yola salınması və yerinə qatar verilməsi nəzərdə tutulsa da, qatara baxış keçirən təlimatçı-maşinist hər hansısa nasazlıq olmadığını müəyyən edib. Onun qərarına əsasən qatar xətdə saxlanılıb. Bu səbəbdən bütün xətt boyu 10 dəqiqəlik gecikmə qeydə alınıb".