Çörək alarkən və saxlayarkən nəyə diqqət yetirməli?


Digərləri 19 Avq 2019 12:39:00 59 0

Çörək alarkən və saxlayarkən nəyə diqqət yetirməli?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Trend.az saytının birgə layihəsi olan "AQTA maarifləndirir" rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materaillar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər rubrika vasitəsi ilə oxucuların diqqətinə çatdırılır. Bu dəfəki maarifləndirici mövzumuz isə "Çörək alarkən və saxlayarkən nəyə diqqət yetirməli?" mövzusunda olacaq.

Çörək qida rasionumuzda əsas yer tutan qida məhsuludur. Odur ki, bu məhsulun istehsalı və saxlanma qaydaları ilə bağlı bəzi məqamalara diqqət yetirmək vacibdir. Digər qida məhsullarında olduğu kimi, temperatur, nəmlilik, mikroorqanizmlər, mal qonşuluğu prinsipinin pozulması çörəyin də keyfiyyətinə mənfi təsir göstərir. Təkcə ərzaq mağazalarında deyil, müxtəlif iaşə obyektlərində - restoran və kafelərdə mal qonşuluğunun pozulması, sanitar-gigiyenik norma və qaydalara əməl edilməməsi çörəyin tərkibinə təsirsiz ötüşmür. İstehsalla yanaşı, məhsulun daşınması zamanı da sanitar qaydalara riayət olunmalıdır. Məsələn, çörək kəskin qoxulu məhsullarla birgə daşınmamalı, çiy məhsullarla təmasda olmamalı, təmiz şəraitdə saxlanılmalıdır və sair.

Əsasən buğda və çovdar unundan hazırlanan çörəyin dünyada xeyli sayda növü var. Bu un məmulatı xəmirin hazırlanması və formasına görə də müxtəlif növlərə bölünür.

Azərbaycanda və dünyanın əksər ölkələrində ən çox yayılan birinci və ikinci növ buğda unundan hazırlanan çörəklərdir. Bu qida məhsulunun keyfiyyətinə gəlincə, onun içi tam bişməli və xəmir halında olmamılıdır. Əgər üzərinə barmaqla basdıqda nəm və ələ yapışqanlıq hiss edilirsə, demək məhsulun keyfiyyətində problem var. Çörəyin üzərinə yüngül toxunub buraxdıqda o öz əvvəlki formasına qayıtmalı, yumşaq olmalı və öz-özünə ovxalanmamalıdır.

Gün ərzində yeyiləcək çörəyin təzə qalması üçün qapaqlı qabda, sərin, qaranlıq və quru şəraitdə saxlanılmalıdır. İstər satış şəbəkələrində, istərsə də evdə çörəyin saxlanıldığı yer daim təmiz olmalıdır. Əks halda nəmlik çörəyin kiflənməsinə səbəb ola bilər. Çörək sellofan torbada saxlanılırsa və buxarlanmadan qaynaqlanan damcılar yaranırsa, mütləq oradan çıxarılmalıdır.

Bakıda sabahdan bu küçələrdə təmir başlayır - Hərəkət məhdudlaşdırılır like
  • 19 Avq 12:37  
Digərləri Bakıda sabahdan bu küçələrdə təmir başlayır - Hərəkət məhdudlaşdırılır

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur v

arrow Ətraflı
Planlaşdırılmış terror və terroru dəstəkləyənlər like
  • 19 Avq 12:37  
Siyasət Planlaşdırılmış terror və terroru dəstəkləyənlər

REAL Təhlil və İnformasiya Mərkəzində Mir Şahin vaxtı təqdim edir:

arrow Ətraflı
Diqqət! Bu yolda təmir işləri aparılır like
  • 19 Avq 12:31  
Digərləri Diqqət! Bu yolda təmir işləri aparılır

Yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri

arrow Ətraflı
Azərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək like
  • 19 Avq 12:29  
Digərləri Azərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək

Azərbaycanda "Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabın

arrow Ətraflı
Əri Asenanı görüb, tanımadı like
  • 19 Avq 12:24  
Digərləri Əri Asenanı görüb, tanımadı

Keçmiş türkiyəli rəqqasə Asena uzun saçlarını kəsdirib.

arrow Ətraflı
Xəzərə düşən MiQ29un “qara qutusu” tapıldı  FOTO like
  • 19 Avq 12:17  
Digərləri Xəzərə düşən MiQ29un “qara qutusu” tapıldı FOTO

Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvv

arrow Ətraflı
Elxan Ələsgərov: Paşinyanın açıqlamaları Ermənistanın dalana dirənməsinin nəticələridir like
  • 19 Avq 12:14  
Digərləri Elxan Ələsgərov: Paşinyanın açıqlamaları Ermənistanın dalana dirənməsinin nəticələridir

Azərbaycanın işğal olunmuş ərazilərinin “Ermənistanın tərkib hissəs

arrow Ətraflı
16 yaşlı oğlan anasını, bacısını və nənələrini baltaladı like
  • 19 Avq 12:14  
Dünya 16 yaşlı oğlan anasını, bacısını və nənələrini baltaladı

Məktəbli bütün ailə üzvlərini öldürdükdən sonra intihar edib.

arrow Ətraflı
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb like
  • 19 Avq 12:09  
Digərləri Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb

Avqustun 19-da müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mə

arrow Ətraflı
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapıldı like
  • 19 Avq 12:07  
Digərləri Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapıldı

Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvv

arrow Ətraflı
Çörək alarkən və saxlayarkən nəyə diqqət yetirməli? like
  • 19 Avq 12:05  
Digərləri Çörək alarkən və saxlayarkən nəyə diqqət yetirməli?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Trend.az saytının bir

arrow Ətraflı