Çörək alarkən və saxlayarkən nəyə diqqət yetirməli?


Digərləri 19 Avq 2019 12:05:00 58 0

Çörək alarkən və saxlayarkən nəyə diqqət yetirməli?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Trend.az saytının birgə layihəsi olan “AQTA maarifləndirir” rubrikası davam edir.

Bakı. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Trend.az saytının birgə layihəsi olan “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materaillar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər rubrika vasitəsi ilə oxucuların diqqətinə çatdırılır. Bu dəfəki maarifləndirici mövzumuz isə “Çörək alarkən və saxlayarkən nəyə diqqət yetirməli?” mövzusunda olacaq. Çörək qida rasionumuzda əsas yer tutan qida məhsuludur. Odur ki, bu məhsulun istehsalı və saxlanma qaydaları ilə bağlı bəzi məqamalara diqqət yetirmək vacibdir. Digər qida məhsullarında olduğu kimi, temperatur, nəmlilik, mikroorqanizmlər, mal qonşuluğu prinsipinin pozulması çörəyin də keyfiyyətinə mənfi təsir göstərir. Təkcə ərzaq mağazalarında deyil, müxtəlif iaşə obyektlərində - restoran və kafelərdə mal qonşuluğunun pozulması, sanitar-gigiyenik norma və qaydalara əməl edilməməsi çörəyin tərkibinə təsirsiz ötüşmür. İstehsalla yanaşı, məhsulun daşınması zamanı da sanitar qaydalara riayət olunmalıdır. Məsələn, çörək kəskin qoxulu məhsullarla birgə daşınmamalı, çiy məhsullarla təmasda olmamalı, təmiz şəraitdə saxlanılmalıdır və sair. Əsasən buğda və çovdar unundan hazırlanan çörəyin dünyada xeyli sayda növü var. Bu un məmulatı xəmirin hazırlanması və formasına görə də müxtəlif növlərə bölünür. Azərbaycanda və dünyanın əksər ölkələrində ən çox yayılan birinci və ikinci növ buğda unundan hazırlanan çörəklərdir. Bu qida məhsulunun keyfiyyətinə gəlincə, onun içi tam bişməli və xəmir halında olmamılıdır. Əgər üzərinə barmaqla basdıqda nəm və ələ yapışqanlıq hiss edilirsə, demək məhsulun keyfiyyətində problem var. Çörəyin üzərinə yüngül toxunub buraxdıqda o öz əvvəlki formasına qayıtmalı, yumşaq olmalı və öz-özünə ovxalanmamalıdır. Gün ərzində yeyiləcək çörəyin təzə qalması üçün qapaqlı qabda, sərin, qaranlıq və quru şəraitdə saxlanılmalıdır. İstər satış şəbəkələrində, istərsə də evdə çörəyin saxlanıldığı yer daim təmiz olmalıdır. Əks halda nəmlik çörəyin kiflənməsinə səbəb ola bilər. Çörək sellofan torbada saxlanılırsa və buxarlanmadan qaynaqlanan damcılar yaranırsa, mütləq oradan çıxarılmalıdır.
ETSN: Quba və Şabran sərhədindəki yanğın meşə fondunun ərazisinə daxil deyil like
  • 19 Avq 12:02  
Digərləri ETSN: Quba və Şabran sərhədindəki yanğın meşə fondunun ərazisinə daxil deyil

Şabran və Quba rayonu sərhədindəki ərazidə başlanan yanğın meşə əra

arrow Ətraflı
Planlaşdırılmış terror və terroru dəstəkləyənlər like
  • 19 Avq 12:00  
Digərləri Planlaşdırılmış terror və terroru dəstəkləyənlər

REAL Təhlil və İnformasiya Mərkəzində Mir Şahin vaxtı təqdim edir

arrow Ətraflı
Könül Xasıyeva əməliyyat olunacaq like
  • 19 Avq 11:59  
Kriminal Könül Xasıyeva əməliyyat olunacaq

Xalq artisti Könül Xasıyeva əməliyyat olunacaq.

arrow Ətraflı
Sumqayıt sakinlərinin nəzərinə like
  • 19 Avq 11:54  
Digərləri Sumqayıt sakinlərinin nəzərinə

Bu gün saat 10:00-dan etibarən işlər başa çatanadək Sumqayıt şəhərini

arrow Ətraflı
Quba İH: Yanğın Şabran rayonunda başlayıb like
  • 19 Avq 11:52  
Digərləri Quba İH: Yanğın Şabran rayonunda başlayıb

Quba və Şabran rayonlarında baş vermiş yanğın hadisəsi müvafiq dövlət

arrow Ətraflı
BMT Baş katibi: Dünyada insan hüquqları normalarının ciddi şəkildə pozulması davam edir like
  • 19 Avq 11:45  
Digərləri BMT Baş katibi: Dünyada insan hüquqları normalarının ciddi şəkildə pozulması davam edir

Dünyada beynəlxalq humanitar və insan hüquqları normalarının ciddi şəki

arrow Ətraflı
600 min xərcləyib 3 milyon qazandı like
  • 19 Avq 11:44  
Digərləri 600 min xərcləyib 3 milyon qazandı

Türkiyənin pop ulduzu Tarkan üç gün ard-arda İstanbulda konsert verəcək.

arrow Ətraflı
Cütlüyün eyvan fantaziyası faciə ilə bitdi like
  • 19 Avq 11:39  
Dünya Cütlüyün eyvan fantaziyası faciə ilə bitdi

Fransada dincələn İngiltərə vətəndaşı hündürlükdən yıxılaraq ağ

arrow Ətraflı
“Azərsu”nun işçisi 3 min manat cəzalandırılıb like
  • 19 Avq 11:38  
Digərləri “Azərsu”nun işçisi 3 min manat cəzalandırılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Nov

arrow Ətraflı
ETSN: Quba və Şabran sərhədindəki yanğın meşə fondunun ərazisinə daxil deyil like
  • 19 Avq 11:36  
Digərləri ETSN: Quba və Şabran sərhədindəki yanğın meşə fondunun ərazisinə daxil deyil

Şabran və Quba rayonu sərhədindəki ərazidə başlanan yanğın meşə əra

arrow Ətraflı
Bakıda 2 məktəbdə bir sinfin bütün şagirdləri ali məktəbə qəbul olub (FOTO) like
  • 19 Avq 11:31  
Digərləri Bakıda 2 məktəbdə bir sinfin bütün şagirdləri ali məktəbə qəbul olub (FOTO)

Bakıda iki orta məktəbin 11 a və 11 b siniflərini bitirmiş bütün məzunl

arrow Ətraflı
Zülfiyyə Xanbabayeva Antalyada like
  • 19 Avq 11:29  
Şou-biznes Zülfiyyə Xanbabayeva Antalyada

Xalq artisti Zülfiyyə Xanbabayeva istirahətə yollanıb.

arrow Ətraflı