Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapıldı


Digərləri 19 Avq 2019 12:07:00 212 0

Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapıldı

Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin “qara qutusu” tapılaraq dənizdən çıxarılıb.

Bakı. Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin “qara qutusu” tapılaraq dənizdən çıxarılıb. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədilə “qara qutunun” texniki vəziyyəti öyrənilir. Eyni zamanda təyyarənin qalıqlarının dənizin dibindən çıxarılması üzrə tədbirlər davam etdirilir.