Quba İH: Yanğın Şabran rayonunda başlayıb


Digərləri 19 Avq 2019 11:52:00 196 0

Quba İH: Yanğın Şabran rayonunda başlayıb

Quba və Şabran rayonlarında baş vermiş yanğın hadisəsi müvafiq dövlət qurumlarının nəzarəti altındadır.

Bakı. Ceyhun Ələkbərov - Quba və Şabran rayonlarında baş vermiş yanğın hadisəsi müvafiq dövlət qurumlarının nəzarəti altındadır. Bunu Trend-ə Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xanlar Heybətov bildirib. Onun sözlərinə görə, yanğın bu gün səhər saatlarında başlayıb: "Yanğın səhər saat 08 radələrində Şabran rayonunda başlayıb, daha sonra Quba ərazisinə keçib. Hazırda icra və bələdiyyə nümayəndələri, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədirlər". İcra Hakimiyyəti rəsmisi bildirib ki, yanan meşəlik ərazi deyil: