ETSN: Quba və Şabran sərhədindəki yanğın meşə fondunun ərazisinə daxil deyil


Digərləri 19 Avq 2019 11:36:32 226 0

ETSN: Quba və Şabran sərhədindəki yanğın meşə fondunun ərazisinə daxil deyil

Şabran və Quba rayonu sərhədindəki ərazidə başlanan yanğın meşə ərazisi deyil.

Bakı. Samir Əli - Şabran və Quba rayonu sərhədindəki ərazidə başlanan yanğın meşə ərazisi deyil. Bu barədə Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib. Onun sözlərinə görə, həmin ərazi bələdiyyə fonduna aiddir: "Yanğın baş verən ərazinin meşə fonduna aidiyyəti yoxdur. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları əraziyə cəlb edilib, yanğının meşə ərazisi və digər sahələrə keçməsinin qarşısını almağa çalışırlar". Xatırladaq ki, bu gün səhər saatlarında Quba və Şabran rayonlarının sərhədində yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları əraziyə cəlb olunub.