Atletico-nun yeni transferi zədələndi


İdman 19 Avq 2019 10:53:00 204 0

Atletico-nun yeni transferi zədələndi

Atletico İspaniya La Liqasında yeni mövsümə qələbə ilə başlasa da, yeni transferini itirib.

Goal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi Joao Feliks zədələnib.

Getafe-yə qarşı debüt oyununu yüksək səviyyədə keçirən portuqaliyalı futbolçu ikinci hissədə zədələnib və bu səbəbdən 66-cı dəqiqədə əvəzlənməli olub. Baş məşqçi Dieqo Simeone gənc oyunçunu əvəzlə spazmı səbəbindən əvəzlədiyini söyləyib. 19 yaşlı Felikslə bağlı qərar tibbi müayinədən sonra veriləcək.

Qeyd edək ki, Atletico Getafe-ni Alvaro Moratanın yeganə qolu sayəsində məğlub edib.