DİQQƏT! Bu subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar


Digərləri 19 Avq 2019 11:04:00 151 0

DİQQƏT! Bu subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar

Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin (subbakalavrların) boş qalan yerlərə və kolleclərə keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.

Dövlət İmtahan Mərkəzindən Son.az-a verilən məlumata görə, abituriyentlər elektron ixtisas seçimi ərizə formasında ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər. Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı "Abituriyent" jurnalının 8-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə "Abituriyent" jurnalının 5‑ci sayında dərc olunub.

Subbakalavrlar da ixtisas seçimində iştirak etmək üçün qeyd olunan vaxta qədər qəbul olmaq istədikləri ixtisasların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edib təsdiq etməlidirlər.

Subbakalavrlar yalnız orta ixtisas təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları seçə bilərlər. Qəbul aparılan ixtisasların uyğunluğu Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılmaqla, Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuşdur. Qəbul aparılan ixtisasların uyğunluğu "Abituriyent" jurnalının "2019/2020-ci tədris ili üçün Azərbaycan Respub-likasının ali təhsil müəssisələrinə subbakalavrların qəbulu elanı" adlı xüsusi buraxılışında (bax: "Müvafiq ixtisaslar üzrə subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas(baza ali) tibb təhsilinə) qəbulu ilə bağlı ixtisas uyğunluğu cədvəli") və "Abituriyent" jurnalının 8-ci sayında ("Müvafiq ixtisaslar üzrə subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas(baza ali) tibb təhsilinə) qəbulu ilə bağlı ixtisas uyğunluğu cədvəli"nə edilmiş əlavə) təqdim olunmuşdur.