700 mindən çox sakin İranı tərk edib


Digərləri 19 Avq 2019 11:06:55 184 0

700 mindən çox sakin İranı tərk edib

Son bir ildə 714 154 nəfər İranı tərk edib.

Bakı. Elnur Bağışov - Son bir ildə 714 154 nəfər İranı tərk edib. Trend-in məlumatına görə, bu, İranın Əmək, Kooperasiya və Sosial Rifah Nazirliyinin Statistika və Strateji İnformasiyalar Mərkəzinin statistikasında qeyd olunub. Statistikaya əsasən, İrandan gedənlərin 588 312 nəfəri şəhərlərdən, 122 841 nəfəri isə kəndlərdən gedib. İrandan gedənlərin əksəriyyəti (52,8%) ailəsinə görə ölkəni tərk edib. İranı tərk edənlərin 10%-i iş tapmaq, 6,5%-i isə yaxşı iş tapmaq üçün başqa ölkəyə səfər edib. Ölkədən gedənlərin 302 817 nəfəri (42,6%) iqtisadi baxımdan fəal olub. Onların 234 064 nəfəri (77,3%) işləyən, 68 753 nəfəri (22,7) işsiz olub. İrandan getməyin səbəbi Şəhərlər (faizlə) Kəndlər (faizlə) Toplam (faizlə) İş tapmaq 10,1 9,1 10,0 Yaxşı iş tapmaq 6,4 7,3 6,5 İşi nəql etmək 4,3 1,8 3,9 Təhsil 4,4 1,0 3,8