Dibala addım-addım PSG-yə doğru


İdman 19 Avq 2019 10:31:00 205 0

Dibala addım-addım PSG-yə doğru

Juventus-un argentinalı ulduzu Paulo Dibala karyerasını Fransa Liqa 1-ində davam etdirməyə hazırlaşır.

Goal.az Fransa mətbuatına istinadən xəbər verir ki, PSG ilə Turin təmsilçisi arasında danışıqlar artıq son mərhələdədir.

Tərəflərin yaxın müddətdə son dəfə bir araya gəlməsi və razılığın 80 milyon avroya əldə olunması gözlənilir. Argentinalının meneceri Xorxe Antun PSG-nin idman direktoru Leonardo ilə görüşərək şəxsi müqavilənin detallarını müzakirə edib.

Juventus da Dibalanı satışından əldə olunacaq gəlirlə İnter-in hücumçusu Mauro İkardini heyətinə qatacaq.