Tehran yatağı - İldə 28 milyon ton mədən maddəsi hasil edilir


Digərləri 19 Avq 2019 10:21:26 313 0

Tehran yatağı - İldə 28 milyon ton mədən maddəsi hasil edilir

İranın Tehran vilayətində ildə 28 milyon ton mədən maddələri çıxarılır

Bakı. Elnur Bağışov - İranın Tehran vilayətində ildə 28 milyon ton mədən maddələri hasil edilir. Trend-in məlumatına görə, bunu İranın Tehran vilayətinin Sənaye, Mədən və Ticarət Təşkilatının sədri Yədulla Sadiqi deyib. Y.Sadiqinin sözlərinə görə, vilayətdə fəaliyyətdə olan mədənlərin sayı 280-dir. Sadiqi əlavə edib ki, çıxarılan maddələrin dəyəri təxminən 5 trilyon rialdır (təxminən 119 milyon dollar): "Tehran vilayətində çıxarılan əsasən əhəng, şin və sairə maddələrdir ki, bunlar da sement istehsalında istifadə oluna bilər”.