Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb


Digərləri 19 Avq 2019 10:13:00 187 0

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb

Avqustun 19-da müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib.

Bakı. Elçin Mehdiyev - Avqustun 19-da müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu gün Azərbaycan dili, informatika və ingilis dili müəllimi olmaq istəyən 800 namizədin müsahibə mərhələsində iştirakı gözlənilir. Avqustun 23-dək davam edəcək müsahibə mərhələsində vakant yer tutmuş 3 728 nəfərin iştirakı nəzərdə tutulub. Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaq. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən edilir.