Mirayın adını eşidib əsəbiləşdi


Digərləri 19 Avq 2019 10:09:00 185 0

Mirayın adını eşidib əsəbiləşdi

Türkiyəli aktyor Kubila Aka ilə sevgili olduğu iddia edilən Hilal Altınbilek alış veriş mərkəzində obyektivlərə tuş gəlib.

Son.az axşam.az-a istinadən bildirir ki, Türkiyənin ən sevilən cütlüklərindən olan K. Aka ilə Miray Daner ayrılığına səbəbkar olaraq göstərilən Hilal bunu inkar edib.

O, müxbirlərin "Kubilay bəy Miray xanımla sevgili ikən münasibətiniz başlayıb" sualına "elə bir şey yoxdur" deyə sərt şəkildə cavab verib.

Qeyd edək ki, cütlük 2,5 illik münasibətinə keçdiyimiz günlərdə son qoymuşdu. Bir neçə gün sonra isə Kubilayın Hilal olduğu iddia edilən qadınla səmimi şəkildə çəkilən fotoları sosial şəbəkədə yayılmışdı.

(adsgarden = window.adsgarden || []).push({});