Aİİ rektoru qəbul prosesini izlədi (FOTO)


Digərləri 19 Avq 2019 09:57:00 155 0

Aİİ rektoru qəbul prosesini izlədi (FOTO)

Azərbaycan İlahiyyat İnstitutuna qəbul olunmuş tələbələrin avqustun 15-dən etibarən, qeydiyyat prosesi başlanıb.

Bakı. Azərbaycan İlahiyyat İnstitutuna qəbul olunmuş tələbələrin avqustun 15-dən etibarən, qeydiyyat prosesi başlanıb. 2019/2020-ci tədris ilində birinci kurs tələbəsi sayılacaq şəxslər tələb olunan sənədləri İnstituta təqdim edərək qeydiyyatdan keçirlər. Trend-in məlumatına görə, Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov qəbul prosesini, sənədlərin qeydiyyatının gedişatını izləyib, həmçinin Aİİ nümayəndələri ilə söhbət edib. Aİİ rəhbəri qəbula gələn valideynlərlə də görüşüb, övladlarının tələbə adı qazanması münasibətilə onları təbrik edib, yeni tədris ilində uğurlar arzulayıb. Rektor ali təhsil müəssisəsi haqqında məlumat verərək, İnstitutda mövcud olan şəffaf müəllim-tələbə münasibətlərindən, gənclər üçün yaradılan imkanlardan, tədrisin hansı formada təşkilindən bəhs edib. C.Məmmədov bildirib ki, qeydiyyatdan keçən tələbələrin bir çoxu yüksəkballı abituriyentlərdir: “Onlar arasında 500-dən artıq balla qəbul olunan gənclərimiz də var. Bu, sevindirici haldır. Onların bu sahəyə marağı təqdirəlayiqdir və ümid edirəm, hər biri sahələrinin peşəkar mütəxəssisi olacaq”.