Hindistanda avtobus qəzasında ən azı 11 nəfər ölüb


Dünya 19 Avq 2019 09:11:00 214 0

Hindistanda avtobus qəzasında ən azı 11 nəfər ölüb

Hindistanın mərkəzi Maharaştra əyalətində avtobusla baş verən qəzada ən azı 11 nəfər ölüb, 12-dən çox insan isə yaralanıb.

Son.az Trend-ə istinadən bildirir ki, qəza, bazar günü axşam saatlarında baş verib.

Avtobus Aurangabad şəhərindən Şəhada kəndinə gedirdi. Yolda avtobus yük maşını ilə toqquşub. Hadisə zamanı hər iki sürücü ölüb.

Yaralılar xəstəxanaya aparılıb.

DNA nəşri 13 nəfərin öldüyünü, daha 20 nəfərin yaralandığını bildirir. Nəşrin mənbələrinə görə, avtobusda 45 sərnişin olub.