Türkiyə təyyarələri İraqın şımalında PKK mövqələrini bombalayıb


Dünya 19 Avq 2019 09:03:00 204 0

Türkiyə təyyarələri İraqın şımalında PKK mövqələrini bombalayıb

Türkiyə İraqın şimalında Metin regionunda PKK terrorçularının obyektlərinə raket zərbəsi endirib.

Son.az Trend-ə istinadən bildirir ki, zərbə nəticəsində 2 terrorçu məhv edilib.

Aviasiya "Pəncə" antiterror əməliyyatının ştabı ilə əlaqədə hərəkət edib.

Türkiyə ordusu mayın 27-dən İraqın şımalında antiterror əməliyyatı keçirir. PKK silahlılarına qarşı aviasiyadan və artilleriyadan da istifadə olunur.