Hindistanda avtobus qəzasında ən azı 11 nəfər ölüb


Digərləri 19 Avq 2019 08:37:34 174 0

Hindistanda avtobus qəzasında ən azı 11 nəfər ölüb

Hindistanın mərkəzi Maharaştra əyalətində avtobusla baş verən qəzada ən azı 11 nəfər ölüb, 12-dən çox insan isə yaralanıb

Bakı. Hindistanın mərkəzi Maharaştra əyalətində avtobusla baş verən qəzada ən azı 11 nəfər ölüb, 12-dən çox insan isə yaralanıb. Trend-in məlumatına görə, qəza, bazar günü axşam saatlarında baş verib. Avtobus Aurangabad şəhərindən Şəhada kəndinə gedirdi. Yolda avtobus yük maşını ilə toqquşub. Hadisə zamanı hər iki sürücü ölüb. Yaralılar xəstəxanaya aparılıb.