Bakıda mənzildən meyit tapılıb


Digərləri 19 Avq 2019 08:19:00 234 0

Bakıda mənzildən meyit tapılıb

Bakıda mənzildən meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilə daxil olub və orada aşkarlanan 1936-cı il təvəllüdlü Rzalı Oktay Məhərrəm oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.