QDTİB: Azərbaycanla bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı, süd emalı sahələrində işləməyi planlaşdırırıq


Digərləri 19 Avq 2019 08:07:00 201 0

QDTİB: Azərbaycanla bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı, süd emalı sahələrində işləməyi planlaşdırırıq

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) və Azərbaycan əməkdaşlıq strategiyası layihəsi üzrə danışıqlara başlayıb.

Son.az bildirir ki, bunu Trend-ə özəl müsahibəsində bankın prezidenti Dmitri Pankin deyib.

O bildirib ki, Azərbaycanda dördillik strategiya barədə danışıqlar aparılır:

"Bizim Azərbaycan hökuməti ilə danışıqlarımız avqust və sentyabr aylarında davam edəcək. Strategiyanın layihəsinin bu ilin sentyabrında QDTİB-in Direktorlar Şurasına təqdim olunması planlaşdırılır. Bundan sonra layihəyə bankın İdarəetmə Şurası tərəfindən razılıq veriləcək. Strategiyanın bu ilin noyabr və ya dekabrında rəsmi təsdiq olunacağı gözlənilir".

Əməkdaşlıq strategiyasının detallarından danışan bank prezidenti bildirib ki, bu, hələlik ümumi layihədir: