Sakit Okeanda güclü zəlzələ olub


Dünya 19 Avq 2019 07:41:00 230 0

Sakit Okeanda güclü zəlzələ olub

Şimal Marian adalarının sahillərinin yaxınlığında Sakit Okeanda 5,9 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji xidməti (USGS) bildirib.

"UTC" vaxtı ilə saat 18:00-da qeydə alınan yeraltı təkanların episentri, Anataxan adasından 76 kilometr şimal-şərqdə, ocağı isə 49 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.