Rusiyanın kino tarixində ən bahalı filmlərdən biri


Digərləri 19 Avq 2019 00:45:00 233 0

Rusiyanın kino tarixində ən bahalı filmlərdən biri

Mixail Bulqakovun əsəri əsasında hazırlanan "Master və Marqarita" filminin çəkilişləri 2020-ci ilin payızında başlayacaq. Bu layihə Rusiyada son illərdə çəkilən ən yüksək büdcəli ekran əsərlərindən biridir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Kalininqradda keçirilən "Qısa" adlı qısametrajlı film festivalının münsiflər heyətinin üzvü İqor Tolstunov deyib.

"Gələn ilin mart ayından "Master və Marqarita" filminin çəkilişlərinə başlayırıq. Kastinq hələ davam edir. Layihədə əcnəbi aktyorların iştirakı gözlənilir. Filmin büdcəsini elan etməsək də bunun Rusiya kino tarixində ən bahalı film olduğunu söyləyə bilərik", - deyə İ.Tolstunov əlavə edib.

Qeyd edək ki, filmin rejissoru Nikolay Lebedevdir.

(adsgarden = window.adsgarden || []).push({});