Küfənin məzlum qəribi


Digərləri 18 Avq 2019 23:50:00 260 0

Küfənin məzlum qəribi

Müslim ibn Əqil ibn Əbu Talib İmam Hüseynin (ə) əmisi oğlu və Kufədə şəhid olan ilk silahdaşıdır. Müslim ibn Əqil İmam Hüseyn (ə) Kufəyə getməmişdən əvvəl İmamın nümayəndəsi kimi Kufəyə getmiş və vəzifəsi oranın vəziyyətini müşahidə etmək, kufəlilərin sözlərində israrlı və sadiq olmaları barədə İmam Hüseynə (ə) məlumat vermək idi. Müslim ibn Əqil şəhid olmadan 27 gün əvvəl İmam Hüseynə (ə) məlumat göndərmiş və hesabatında kufəlilərin hazır olduqlarını bildirmişdi. Ubeydullah ibn Ziyadın Kufə başçısı kimi təyin edilməsindən sonra kufəlilər ondan qorxu və dəhşətə qapılmış, Müslim ibn Əqlin yanından ayrılaraq, onu tək qoymuşdular. Ən sonunda - hicrətin 60-cı ilində Ərəfə günü şəhid edilmişdir.   Son.az maide.az-a istinadən bildirir ki, Müslim ibn Əqilin doğum tarixi tam olaraq bilinmir, ancaq şəhid edildikdə yaşının 28 olduğu və hicrətin 60-cı ilində Kufədə reallaşdığı dəqiqdir. İmam Əlinin (ə) qardaşı olan atası Əqil bin Əbu Talib nəsil və soy köklərini tanımaq sahəsində mütəxəssis və ərəb natiqi idi.   Anası Əqil bin Əbu Talib tərəfindən Şamda satın alınan Aliyə adlı bir kölədir.   Əhli-sünnə alimlərindən İbn Habban belə yazır: "Müslim ibn Əqil ibn Əbu Talib Haşiminin ləqəbi Əbu Davuddur və Əbdülmüttəlibin oğulları arasında Həzrət Peyğəmbərə (s) ən çox bənzəyən adamdır. O, Həzrət Peyğəmbərin (s) səhabələrindən bəzilərini görmüşdür. "   Müslim ibn Əqilin qəbiri-şərifi Kufə Məscidinin yanındadır.   Gəlin, Müslim ibn Əqili yaxından tanıyaq.   Bəni-Haşimin ləyaqətli cavanları arasında Əqilin oğlu Müslim parlaq simalardan və mübariz şəxsiyyətlərdən sayılırdı. Onun atası Əqil Həzrət Əlinin qardaşı və Əbu-Talibin ikinci oğlu idi. Əbu-Talibin dörd oğlu vardı: Talib, Əqil, Cəfər və Əli. Müslim Əqilin, Hüseyn (ə) isə Əlinin (ə) oğlu idi. Müslim Həzrət Əlinin (ə) qardaşı oğlu və imam Hüseynin (ə) əmisi oğlu idi. Müslimin böyüyüb boya-başa çatdığı ev elm, fəzilət və şərəf evi idi. Müslimin dini və insani şəxsiyyəti bu evdə formalaşmışdı. Məhz bu evdə onun tərbiyəsi, mənəvi təkamülü və qəhrəmanlığı üçün münbit şərait yaranmışdı. O, uşaqlıq dövründən başlayaraq, Bəni-Haşim gəncləri, xüsusi ilə imam Həsən (ə) və imam Hüseynlə (ə) bir yerdə olmuşdu. O, əxlaqi kamillikləri, vilayət əsaslarını, qəhrəmanlıq dərslərini, isar və şücaəti çox yaxşı əxz etmişdi.   Müslimin əcdadları Əbu-Talib və Fatimə binti Əsəd kimi insanlar idi. Onlar öz övladlarına şücaət, iman və qəhrəmanlıq miras qoymuşdular. Müslim bu nəsil ağacının çox bəhrəli bir budağı idi. Vərasət, genetik əsaslara görə o öz babalarından üstün xasiyyətlər götürmüşdü. Həzrət Peyğəmbər (s) hicrətin səkkizinci ili Məkkənin fəthində buyurmuşdur: "Əgər bütün insanlar Əbu-Talib nəslindən olsaydılar, hamısı şücaətli olardı."   Müslim Həzrət Əlinin (ə) dövründə rəşadətli və pak bir cavan idi. O, Həzrətin (ə) kürəkəni olmaq iftixarını qazanmış, onun qızı Rüqəyyə ilə izdivac etmişdi. Bu izdivac Müslimin fəzilətlərini bir qədər də artırmış, onu haqqa və həzrətin (ə) xəlifəlik dövründə ilahi hökumətə daha dərin bağlılığa sövq etmişdi. Tarixçilərin bildirdiyinə görə Həzrət Əlinin (ə) hakimiyyəti dövründə (hicri 36-40) o, qoşunda müxtəlif hərbi vəzifələrə təyin olunmuşdu. Eləcə də, Sifeyyn döyüşündə həzrət Əmirəl-möminin öz qoşununu nizamlayarkən imam Həsən (ə), imam Hüseyn (ə), Əbdüllah ibn Cəfər və Müslim ibn Əqili sağ cinahda, Məhəmməd ibn Hənəfiyyə, Məhəmməd ibn Əbu-Bəkr və Haşim ibn Ütbəni sol cinahda, Əbdüllah ibn Abbas, Abbas ibn Rəbiə və Malik ibn Əştəri qoşunun ürəyində, mərkəzində yerləşdirmişdi.   MÜSLİMİN MƏZLUMANƏ QƏRİBLİYİ   Müslim üçün inqilabın vətəni olmuş Kufə artıq qürbətə çevrilmişdi. Müslim isə bu vətəndə qərib idi. Gecələmək üçün bir yer axtaran Müslim küçələrdə qərib tək gəzir, haraya gedəcəyini bilmirdi. O, bəni-büeyla məhəlləsində tək-tənha dolanırdı. Məhəllədə bütün qapılar bağlı idi və hər kəs öz əmin-amanlığı haqqında düşünürdü. Küçə qapısında dayanmış Tuəb adlı qadın oğlunun yolunu gözləyirdi. Bu qadın Müslimin tərəfdarı olan şiələrdən olsa da, onu tanımadı. Müslim ona yaxınlaşıb salam verdi və su istədi. Qadın su gətirdi. Müslim suyu içdi, qabı qaytardı. Qadın qabı evə qoyub, geri dönəndə onun hələ də qapıda dayandığını gördü. "Suyu içdin, indi dur get", dedi. Müslim susdu. Qadın təkrar dedi: "Dedim ki, dur evinə get. Sənin burada dayanmağın mənim üçün yaxşı deyil." Müslim cavab verdi: "Mənim bu şəhərdə nə evim, nə də bir kimsəm var." Qadın onun kimliyini, haradan olduğunu soruşdu. Müslim özünü təqdim edib dedi: "Mən Müslim ibn Əqiləm. Əgər mənə yaxşılıq etsən, bəlkə də, bir gün əvəzini çıxdım." Qadın Müslimi tanıyıb, onu evə apardı və böyük ehtiram göstərdi.   Bu fədakar qadın Kufənin vəfasız və qorxaq kişilərinə şücaət dərsi verir. O, Hüseyn (ə) məktəbinə və yoluna öz borcunu qaytarır, imamın səfirinə ehtiram göstərməklə vəzifəsinə əməl edir. O, Müslimə heç nəyi əsirgəmir. Müsliminsə xəyalından bambaşqa şeylər ötüşür. Bir tərəfdən şəhər əhlinin vəfasızlığı, digər tərəfdən Hüseynə (ə) yazılmış məktubun çatıb-çatmaması onu narahat edir. Axı o, imama yazmışdı ki, şərait münasibdir və özünü tezliklə Kufəyə çatdırsın. Həm də Müslim öz şəhadətini labüd görür və sabahkı hadisələr haqqında düşünür.   Müslim süfrəyə əl uzatmır və gecəni dua, ibadətlə keçirir. Yalnız sübhə yaxın gözünə bir qədər yuxu gedir və Əmirəl-möminini (ə) yuxuda görür. Bu şəhadət və Əlinin (ə) qonağı olmaq yuxusudur.[26] Bu anlar Müslim üçün çox dəyərlidir. Bu gecə qədr gecəsi, son gecədir. O, indicə həbs olunacağını gözləyir.   Tuəbin oğlu isə anasının əksinə olaraq, İbn Ziyadın tərəfdarıdır. O, gecə evə gəlib, baş verən hadisələrdən heyrətlənir. Nəhayət, anlayır ki, evlərinin qonağı Müslim ibn Əqildir. O sevinir ki, Müslimi şəhər valisinə təhvil verib, hədiyyə alacaq. Anasına bu barədə susacağına söz versə də, sübh tezdən Übeydullah ibn Ziyada xəbər çatdırır. Bu həmin gecə Kufədə və məsciddə baş verən hadisələrdən sonra baş tutdu. Həmin gecə Kufədə ciddi axtarışlar gedirdi. Şəhərə

(adsgarden = window.adsgarden || []).push({});