Moruq yığan Qəbələ sakini dağdan yıxıldı


Digərləri 18 Avq 2019 23:27:00 322 0

Moruq yığan Qəbələ sakini dağdan yıxıldı

Qəbələ rayonunda 1 nəfər dağlıq ərazidə köməksiz vəziyyətdə qalıb.

Son.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər vətəndaşı xərəklə dağlıq ərazidən düşürərək aidiyyəti üzrə təhvil veriblər.

Yerli sakinlərin bildirdiynə görə, həmin şəxs dağlıq ərazidə moruq yığarkən yıxılıbmış...