İsrail İran hədəflərini vurdu,


Dünya 18 Avq 2019 23:13:00 195 0

İsrail İran hədəflərini vurdu,

İraq öz hava məkanını beynəlxalq koalisiyanın və digər bütün silahlı qruplaşmaların təyyarələri üçün bağlı elan edib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu haqda İsrailin hərbi-kəşfiyyat dairələrinə bağlı "Debka" saytı İraqdakı mənbələrdən əldə etdiyi informasiyaların analizi əsasında yazır. Bildirilir ki, İraqın hava məkanını bağlaması İsrail təyyarələrinin son aylarda bu ölkə ərazisindəki İran hərbi hədəflərinə endirdiyi raket zərbələri ilə əlaqəlidir.

Məlumata görə İraq baş naziri Adil Abdul Mehdi ötən cümə günü İsrail Hərbi Hava Qüvvələrinin iranyönümlü şiə qüvvələrinin bazalarına zərbələrinin, istər təyyarələr, istər pilotsuz uçan aparatlar və raketlər olsun,  qarşısını almaq üçün bir sıra "enerjili tədbirlər" görüb.

Əvvəla baş nazir tələb edib ki, avqustun 12-də Bağdaddan cənubdakı Əl-Sakar hərbi bazasında raketlərin saxlanıldığı bazada baş vermiş partlayışın səbəbi hərtərəfli araşdırılsın.

Bir versiyaya görə partlayıa bazada baş vermiş yanğın səbəb olub, lakin digər versiyaya görə baza naməlum pilotsuz təyyarənin hücumu nəticəsində partlayıb. Bəzi mənbələr bazaya İsrailin zərbə endirdiyini təxmin edir və 2019-cu il iyulun 19-da İraqın "Əşrəf" hərbi bazasına İsrail təyyarələri tərəfindən endirilmiş zərbəni yada salır. Həmin zərbə nəticəsində İrandan təzə gətirilmiş ballistik raketlərin saxlanıldığı anbar məhv edilmişdi, bir neçə İran hərbçisi və iranyönümlü şiə yaraqlıları həlak olmuşdu.

Bundan əlavə İraq baş naziri tələb edib ki, bir ay ərzində bütün şiə yaraqlılarının bazaları və onların sursatları ölkənin iri şəhərlərindən çıxarılsın. Sayt yazır ki, bu tələb yerinə yetirilsə şiə yaraqlıları indiyədək Bağdadda və digər iri şəhərlərdə malik olduqları təsir rıçaqlarını itirəcəklər.