Görəsən, allah bizdən razidir?


Digərləri 18 Avq 2019 23:15:00 200 0

Görəsən, allah bizdən razidir?

Bir nəfər elə bu sualı imam Baqirdən (ə) soruşduqda, o həzrət sualın cavabında belə buyurdu: "Öz qəlbinə müraciət et, gör Allahın dostlarını sevirsənmi? Əgər qəlbində Allah dostlarına yer ayırıbsansa, bil ki, Allah səni sevir və səndən razıdır." ("Üsuli-kafi", 2-ci cild, səh.126, "Hubbullah" bölümü.)

Son.az maide.az-a istinadən bildirir ki, ümumiyyətlə, "Allahın öz bəndələrinə sevgisinin əlaməti nədir?" - sualının cavabında deyə bilərik ki, Allahın Öz bəndələrinə sevgisinin çoxlu əlaməti ola bilər və onların ruhi-psixoloji halətləri ilahi sevginin göstəricisidir. Həqiqət odur ki, biz insanların birinə məhəbbəti olmasa, həmin şəxsin görüşünə getmərik, onu qonaq çağırmarıq, onunla danışmaqdan çəkinərik, ona məktub yazmaz və telefon vasitəsilə əlaqə qurmarıq. Bizim bu sayaq rəftarlarımız qarşı tərəfə daxili hisslərimizin göstəricisidir. Buna əsasən, bu kiçik müqayisə ilə Allahın bizə olan məhəbbət və sevgisini başa düşmək asanlaşır. Qurani-Kərim - bu böyük ilahi məktub insandan başqası üçün nazil olubmu? Bəndənin ibadətə, məxsusən, namaz və oruca, özü də müəyyən olunmuş vaxtlarda dəvət olunması Allahın məhəbbətindən başqa bir məfhum kəsb edirmi? Bizə şah damarımızdan da yaxın olan Allah deyilmi? Şair Sədinin belə bir şeri var:

دوست نزديكتر از من به من است              وين عجبتر كه من از وي دورم

"Dost (Allah) mənə, mənim özümdən də yaxındır. Çox qəribədir ki, Ondan uzaq düşən mənəm!"

İmam Səccad (ə) "Əbu Həmzə Somali duası"nın bir neçə yerində Allah-Taalanın bütün aləmi əhatə edən məhəbbətindən söz açır və bir yerdə belə deyir:

وَالْحَمْدُ للهِِ الَّذي اُناديهِ كُلَّما شِئْتُ لِحاجَتي وَاَخْلوُ بِهِ حَيثُ شِئْتُ لِسِرِّي بِغَيرِ شَفيـع فَيقْضي لي حاجَتي... وَالْحَمْدُ للهِِ الَّذي تَحَبَّبَ اِلَي وَهُوَ غَنِي عَنّي

"Həmd-səna o Allaha məxsusdur ki, hər zaman Onu öz ehtiyacım üçün səslədikdə cavab verir və Onunla gizlində raz-niyaz etməyə nail olduqda, heç bir vasitəçi olmadan istəyimi yerinə yetirir... Həmd-səna o Allaha məxsusdur ki, məndən ehtiyacsız olduğu halda, mənə məhəbbət göstərir."

(adsgarden = window.adsgarden || []).push({});