Türklərin, azərbaycanlıların və yəhudilərin


Dünya 18 Avq 2019 23:16:00 200 0

Türklərin, azərbaycanlıların və yəhudilərin

Türkiyənin İğdır Universitetinin dosenti Sözer Akyıldırım "Yeşil İğdır" adlı yerli qəzetdə I Dünya müharibəsi illərində türklərə və azərbaycanlılara, daha sonra II Dünya müharibəsi dövründə yəhudilərə qarşı kütləvi qətliamlar törətmiş erməni faşistdən-"Dro" ləqəbli Drasamat Kanayandan yazır.

Son.az virtualaz.org-a istinadən bildirir ki, Akyıldırım məqaləsində "Dro"nun indiki dövrdə Türkiyə türkləri arasında tanınmadığını, amma Azərbaycanda nifrət edilən bir şəxs olduğunu qey edir. Bildirir ki, ömrünü türklərin kökünü qazımağa həsr etmiş qatil olan "Dro" 1914-1918-ci illərdə Erzurum Ərzincan, Van və Qars vilayətlərində 200 minə yaxın müsəlman əhalinin qətlinə görə birbaşa məsuliyyət daşıyır.

Müdafiəsiz türk və müsəlman kəndlərini bombalayıb işğal edən, bir nəfərin belə kəndi tərk etməsinə imkan verməyib qadınlı, uşaqlı hamını qıran cani, türklərin və azərbaycanlıların sistemli qətlini həyata keçirən, etnik təmizləmə aparan qatil 1884-cü il mayın 31-də o dövrlərdə Rusiya imperiyasının tərkibində yer alan İğdırda dünyaya gəlib. Atası tacir olub, uşaq yaşlarında İğdırda məktəbə yazılıb. Məktəbin ətrafında yerləşən hərbi birlikləri müşahidə etməkdən böyük xpşbəxtlik duyurdu. Belə ki, rus işğalı dövründə İğdırda Rusiya ordusunun piyada birlikləri, kazak dəstələri və sərhəd keşikçiləri yerləşirdi.

Sonradan oğlunun kitabla, dərslə maraqlanmadığını görən atası Martiros onu İğdırdakı məktəbdən çıxarıb İrəvan Gimnaziyasına qoydu. Drastamat orada da yaxşı oxumurdu, təhsil rus dilində idi və ruslaşdırma siyasəti aparılırdı. Bu da Drastamatın xoşuna gəlmirdi. Nəhayət o, general Andranikin Osmanlı imperiyasındakı nailiyyətlərindən ruhlanaraq "Daşnaksütun" hərəkatına üzv olub, daşnakların təşkil etdikləri aksiyalara qatılıb. 1905-ci ildə Bakıda meydana gələn erməni-müsəlman qarşıdurmaı zamanı şəhər meri, ermənilərin ölümünə görə günahkar saydığı Nakaşidzeni küçənin ortasında bomba ilə öldürüb. O vaxt Drastamatın cəmi 21 yaşı vardı.

Drastamat I Dünya müharibəsi illərində Rusiya imperiyası ordusuna bağlı erməni könüllü alaylarında qulluq edib. Könüllü alayın ikinci batalyonunun tərkibində ilk dəfə Bəyazit yaxınlığında döyüşə girib, 24 saat davam edən döyüşlərdə "Dro" ağır yaralanıb. Amma sağ qalıb. Onun batalyonu sonradan Osmanlı ordusuna qarşı 11 döyüşə qatılıb, bu döyüşlərdə "Dro" populyarlaşıb və tanınan hərbi lider olub.

1918-ci ildə Erməni Milli Məclisi "Dro"nun qarşısında Ağrını tutmaq vəzifəsi qoyub, həmin ilin aprelində qurulan Ermənistan Demokratik Respublikası onu "Qərbi Ermənistanın hərbi komissarı" təyin edib. Qars və Ərzurum cəbhələrində Osmanlı ordusuna qarşı döyüşüb, həmin il Ermənistan Müdafiə Naziriliyinə təyin edilib.

1918-ci ildə "Dro"nun qüvvələri İğdıra hücuma keçir, amma Mələkli-Taşburun arasında gedən döyüşlərdə İğdır Milli Cümhuriyyəti başqanı, İrəvan gimnaziyasında tələbə yoldaşı və dostu olmuş Əli Əkbər Tufanın komandanlıq etdiyi qüvvələrə məğlub olur. Əsir düşməkdən son anda canını qurtarır.

1920-ci ilin əvvəllərində "Dro" Azərbaycan torpaqlarından Şuşa yaxınlarına qədər irəliləyib. Həmin il Novruz bayramı günlərində Qarabağ erməniləri üsyan qaldırmışdı. Bu üsyanda minlərlə azərbaycanlı ermənilər tərəfindən qətlə yetirildi. 7 mindən çox ev yandırıldı, "Dro" və adamları Şuşada da qətliam törətdilər və minlərlə azərbaycanlını öldürüb mal-mülklərini qarət etdilər. Həmin ilin aprelində Azərbaycanı işğal edən Qırmızı Ordu "Dro"ya Qarabağdan çəkilmək barədə ultimatum verir.

1920-ci il noyabrın 14-də İğdır Atatürkün silahdaşı Kazım Karabekirin komandanlıq etdiyi qüvvələr tərəfindən ermənilərdən təmizlənərkən "Dro" Gümrü anlaşmasını imzalayan erməni heyətin tərkibində yer alırdı. Həmin ilin dekabrında Ermənistandan qaçan "Dro" İrana, oradan Almaniyaya yerləşir.

Almaniyadakı sürgün illərində "Dro" faşistlərin yüksəlişini yaxından izləyirdi və Hitlerin başçılıq etdiyi Milli Sosialist Əmək Partiyası hakimiyyətə gələndə onun da uluzu parladı. "Dro" Hitlerlə yaxından tanış oldu, Hitler başqa irqlərdən olanlara güvənməsə də erməni faşistin hansı kütləvi qətliamlar törətdiyini bilib ona tam səlahiyyət verdi, general rütbəsi iə təltif edib SS birliklərinin tərkibində 812-ci erməni polku yaratmasına nail oldu.